Rusiya Qara dənizdə Ukrayna ordusu üçün silah-sursat daşındığını iddia etdiyi yük gəmilərinə zərbələri davam etdirəcək.
KONKRET.az xəbət verir ki, “Komsomolskaya Pravda”nın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Ukraynanın Rusiya ərazisində mülki və iqtisadi obyektlərə zərbələr endirməsindən sonra “pandora qutusu” açılıb.
“Çox sayda ticarət gəmisindən silah-sursat, yanacaq və Ukrayna Silahlı Qüvvələrinin məqsədləri üçün nəzərdə tutulan digər yüklərin daşınmasında istifadə olunur. Bu gəmilər məhv edilir və bundan sonra da məhv ediləcək”, – deyə Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, Rusiya bu addımları özünün Ukraynadan gələn zərbələrə cavabı kimi qiymətləndirir.
Peskov zərbələrin Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir edib-etməyəcəyi ilə bağlı suala isə “Xeyr, göstərə bilməz” cavabını verib.
Qeyd edək ki, son həftələrdə Qara dənizdə yük və ticarət gəmilərinə hücumlar artıb. Rusiya Müdafiə Nazirliyi daha əvvəl iki yük gəmisinin Ukrayna ordusu üçün silah-sursat və hərbi texnika daşıdığını bildirərək onlara zərbələr endirildiyini açıqlamışdı.
