Peterburqda nəhəng hərbi zavodda partlayış: ölənlər varbackend

Peterburqda nəhəng hərbi zavodda partlayış: ölənlər var

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən sənaye zonasında partlayış və ardınca güclü yanğın baş verib.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Arsenal” zavodunda baş verən yanğın nəticəsində 4 nəfər həlak olub, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, kimyəvi maddələrin saxlanıldığı anbarda başlayan yanğın 400 kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsi üçün xüsusi qatar da daxil olmaqla, çoxsaylı qüvvə cəlb olunub və proses təxminən 9 saat davam edib.

Qeyd edək ki, “Arsenal” zavodu Rusiya ordusu və kosmik sənaye üçün məhsullar, o cümlədən peyklər, gəmi artilleriya sistemləri və raket mühərrikləri istehsal edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*