Polis və qvardiya əməkdaşlarının övladlarını öldürməyə çağıran bloqer həbs olundubackend

Polis və qvardiya əməkdaşlarının övladlarını öldürməyə çağıran bloqer həbs olundu

Moskvanın Presnensk rayonunun məhkəməsi bloqer Vladislav Sinitsanın həbsinə dair qərar verib. Buna səbəb bloqerin Twitter-də polis və prezident qvardiyası əməkdaşlarının övladlarının ünvanına ekstremist çağırışlar etməsi olub.

Konkret.az Rusiya mediasına istinadla xəbər verir ki, dünən saxlanan Sinitsanın həbsinə dair qərar bu gün verilib.

Onun məhkəməsində müstəntiq bildirib ki, Sinitsa hədə dolu qeydləri sosial şəbəkədə yerləşdirməsi faktını etiraf edib, ancaq bildirib ki, özünü ekstremizmdə təqsirli hesab etmir. Bloqer bir neçə dəfə icazə verilməmiş aksiyalarda iştirak edib və saxlandığı zaman öz telefonununu sındırmağa cəhd göstərib. İstintaq onun bundan əvvəl bənzər cinayətlər törədib-törətmədiyini araşdırır.

Vladislav Sinitsaya qarşı RF-nin CM-nin 282 maddəsinin 2-ci punktu üzrə cinayət işi açılıb. Bu müddəa bir qrup şəxsə qarşı nifrət və ya düşmənçilik oyatmağı, zorakılıq tətbiq etməklə hədələməyə görə cinayət məsuliyyəti nəzərdə tutur.

Son günlər Moskvada polis və qvardiya əməkdaşlarının mitinq keçirmək istəyən mülki əhaliyə divan tutması artıq Sinitsa kimi bloqerlərin çılğınlaşmasına rəvac verib.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*