Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində elektron hasar çəkməyə başlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski deyib.
“Polşa-Rusiya sərhədində elektron maneənin tikintisinə başlanılıb. İşlər bu ilin payızında yekunlaşacaq. Rusiya ilə sərhəddə baş verənlərlə bağlı tam monitorinqimiz olacaq”, – deyə nazir bildirib.
Qeyd olunub ki, sərhədin 199 km-də elektron maneə, yəni kameralar və hərəkət sensorları sistemi quraşdırılacaq. Onun sözlərinə görə, bu Rusiya ilə bütün quru sərhədi əhatə edəcək. Burada 2000-ə yaxın videomüşahidə dirəyi, 3000 videokamera və 700 km enerji, ötürücü və siqnal kabelləri quraşdırılacaq.
Bildirilib ki, elektron baryerin tikintisinə 373 milyon zlotidən çox (83 milyon dollardan çox), o cümlədən sərhədin müəyyən hissələrində relyefin gücləndirilməsinə 42 milyon zlotı (9 milyon dollardan çox) vəsait ayrılıb.
İqbal Rzayev,
KONKRET.az
