Polşada Yeni il atəşfəşanlığında iki nəfər öldübackend

Polşada Yeni il atəşfəşanlığında iki nəfər öldü

Polşada Yeni il atəşfəşanlığı nəticəsində 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Bu barədə KONKRET.az ölkənin Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndəsi Karol Kejkovskinin açıqlamasına istinadən xəbər verir.

Onun sözlərinə görə, şənliklər zamanı pirotexniki vasitələrdən istifadə nəticəsində 700-ə yaxın yanğın hadisəsi qeydə alınıb:

“Ən çox zibil qutuları və avtomobillər yanıb. Eyni zamanda Yeni il gecəsi pirotexniki vasitələrin partlaması nəticəsində 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Bundan başqa, 12 avtomobilə ziyan dəyib”.

Ümumilikdə, Yeni il ərəfəsində Polşada yanğınsöndürənlərə 1200 dəfədən çox zəng edilib, 149 çağırışın yalan olduğu üzə çıxıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*