Macarıstanın baş naziri Viktor Orbanın komandası seçkinin nəticələrindən asılı olmayaraq, Amerika-Rusiya “barışığına” və əməkdaşlığın bərpasına ümid edir.
KONKRET.az xəbər verir ki, bunu GLOBSEC konfransında EuroPravda-nın sualını cavablandıran Macarıstan baş nazirinin müşaviri, siyasi direktor Balaj Orban deyib.
Onun sözlərinə görə, Kamala Harris qalib gəlsə belə, Macarıstan öz siyasətində heç nəyi dəyişməyəcək.
Macarıstan baş nazirinin nümayəndəsi əlavə edib ki, Budapeşt digər avropalı tərəfdaşların tənqidi ilə üzləşməsinə baxmayaraq, Ukrayna ilə bağlı siyasətini müəyyən etməkdə “realist yanaşma” tutur:
“Biz realistik və inanırıq ki, bu, bizim müharibəmiz deyil. Bu ideyanı macarların 80-90%-i dəstəkləyir”.
Natiq Səlim,
KONKRET.az