Polşadan olan turist Sameqrelo-Zemo Svaneti bölgəsindəki İntsra dərəsində qayadan yıxılaraq ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
İlkin məlumatlara görə, faciə bir qrup turistin Tsalenjixa ərazisindəki dərədə gəzinti cığırı ilə hərəkət edərkən baş verib.
35 yaşlı qadın ayağı büdrəyərək uçurumdan yıxılaraq yerindəcə keçinib.
Gürcüstan Daxili İşlər Nazirliyi intihara təhrik faktı ilə bağlı cinayət işi açıb. Belə hallarda, aşkar zorakılıq əlamətləri olmadıqda, ənənəvi olaraq bu maddə ilə istintaq başlayır.
Günel Mikayılova,
KONKRET.az