Polşanın Baş naziri həbs olunacaq? – Ağır ittihambackend

Polşanın Baş naziri həbs olunacaq? – Ağır ittiham

“Polşanın Baş naziri Donald Tusk dövlət çevrilişində günahkardır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə “Hüquq və Ədalət” Partiyasının (PiS) rəhbəri Yaroslav Kaçinski çıxış edib.

O, hökumət başçısını ömürlük həbsə göndərməyə çağırıb: “Mən hazırda baş verənlərin nəticələrindən danışıram və bu, Cinayət Məcəlləsinin siyasi sistemin zorakılıqla dəyişdirilməsi ilə bağlı 127-ci maddəsinə aid olan hərəkətdir”.

Kaçinski qeyd edib ki, söhbət on ildən ömürlük həbsə qədər cəzanı nəzərdə tutan “çox ciddi maddədən” gedir. Onun sözlərinə görə, bunu təşkil etmək istəyənlərin “başında” Tusk dayanır.

Partiya rəhbərinin müsahibəsi Polşa kəşfiyyat xidmətlərinin keçmiş ədliyyə naziri Zbiqnev Zebronun evində apardığı həbslər və axtarışlara həsr olunub.

Bir gün əvvəl Polşa Mərkəzi Bankının rəhbəri Adam Qlapinski ölkənin yeni rəhbərliyinin ittihamları fonunda tribunal qarşısına çıxmağa hazır olduğunu bəyan edib. Eyni zamanda o, ittihamların sərsəm olduğunu vurğulayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*