Sentyabrın 10-da Portuqaliyanın Anadiya şəhərində Destilaria Levira şərab zavodunda spirt çənləri partlayıb.
KONKRET.az xəbər verir ki, qəza nəticəsində şəhərin bir neçə küçəsi spirt selinin altında qalıb.
Portuqaliya hakimiyyəti tonlarla şərabın Sertima çayında ekoloji fəlakət kimi yaradacağından narahatdır. Bununla belə, hökumətdən bildirilib ki, fəlakətin qarşısı alınıb.
Şəhərin küçələrindən spirt qoxusu gəlsə də, axının qarşı alınıb. Anadiya küçələrinin təmizlənməsi üçün vəsaiti qəza baş verən şirkət ayırıb. Hələlik şəhərə və zavoda dəymiş iqtisadi ziyan hesablanmasa da, şirkətin qəzaya görə ciddi xərc çəkməsi rəsmiləri narahat edir.
Vəli Həsənov,
KONKRET.az