Premyer Liqa: “Qəbələ” “Kəpəz”ə qalib gələrək birinci pilləyə yüksəldibackend

Premyer Liqa: "Qəbələ" "Kəpəz"ə qalib gələrək birinci pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

KONKRET.az-ın məlumatına görə, günün ilk matçında “Kəpəz” “Qəbələ” ilə üz-üzə gəlib.

Qarşılaşma “Qəbələ”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın qollarını 18-ci dəqiqədə Məqsəd İsayev, 27-ci dəqiqədə Ramon Maçado, 57-ci dəqiqədə isə Rövlan Muradov vurub.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran “Qəbələ” liderliyə yüksəlib. İkinci sıradakı “Sabah” da eyni xala malikdir. 3 görüşün hamısında uduzan “Kəpəz” 9-cu yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*