Prezident: “Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq”backend

Prezident: “Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq”

“Son vaxtlar Azərbaycanda fındıqçılıq çox inkişaf edir. Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik”.

KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Grand-Agro İnvitro” MMC-nin müəssisəsinin fəaliyyəti ilə tanış olarkən bildirib.

Bununla belə, dövlət başçısı ölkədə badamçılıqla bağlı vəziyyətin ürəkaçan olmadığını da qeyd edib:

“Badam istehsalı, əfsuslar olsun ki, Azərbaycanda çox aşağı idi və daxili tələbatı ödəmirdi. Ona görə indi badamçılıqla da ciddi məşğul olmaq lazımdır”.

“Əlbəttə, intensiv bağçılıq daha çox məhsulun həcminə istiqamətləndirilir. Amma bizim xüsusiyyətimiz və üstünlüyümüz odur ki, – hər zaman belə olub, bu gün də belədir, – bizdə yetişdirilən meyvə-tərəvəz təbiidir. Yəni, orqanikdir və onun xüsusi dadı var. Burada yerli sortlara daha çox üstünlük verilməlidir. Yəni, kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik. Buna xüsusilə diqqət yetirin. Çünki bizim istər narımız olsun, almamız olsun, pomidorumuz olsun, xurmamız olsun, doğrudan da xüsusi dada malikdir. Biz onu itirməməliyik”, – deyə İ.Əliyev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*