backend

Prezident İlham Əliyev SƏRƏNCAM imzaladı - Sığorta ilə bağlı

Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

KONKRET.az xəbər verir ki, sənədlə qanunun 3-cü maddəsində dəyişiklik olunub.

Dəyişikliyə əsasən, ölkədə əmanətlərin tam sığortalanması müddəti daha 9 ay artırılaraq bu il dekabrın 4-nə qədər müəyyən edilib.

Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il uzadıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*