PREZİDENT İLHAM ƏLİYEV sinqapurlu həmkarını təbrik etdibackend

PREZİDENT İLHAM ƏLİYEV sinqapurlu həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik məktubu ünvanlayıb.

KONKRET.az– ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*