Prezidentin köməkçisindən orduya dəstək yürüşünün yoluxmaya təsiri ilə bağlı MÜHÜM AÇIQLAMAbackend

Prezidentin köməkçisindən orduya dəstək yürüşünün yoluxmaya təsiri ilə bağlı MÜHÜM AÇIQLAMA

“İyul ayında ölkədə koronavirusa yoluxanların sayında müəyyən artım müşahidə edildi. Bu, iyulun 14-də kütləvi şəkildə küçələrdə maskasız, məsafəsiz yürüş etməklə əlaqələndirilə bilər”.

KONKRET.az xəbər verir ki, bunu perativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, Bakı küçələrində çəkilmiş şəkillərdən də sıxlıq aydın görünür:

“Belə hiss var ki, insanlar riski qəbul etmir. Hələ kafe və restoranlar açılmayıb. Hələ bu vəziyyətdə insanlar maskasız hərəkət edirlər. Bu, belə davam etməyəcək. Qısa zamanda yenidən bağlanmaya gedəcəyik. Hökumətin düzgün etmədiyini deyib, yükü onun üzərinə qoymaq yanlışdır. Məsuliyyətli olmaq lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*