Prezidentin korteji ilə qəza: Təqaüdçü HƏBS EDİLDİbackend

Prezidentin korteji ilə qəza: Təqaüdçü HƏBS EDİLDİ

Qırğızıstan Prezidenti Sadır Japarovun kortejinin iştirakı ilə qəza törətməkdə təqsirləndirilən Daxili İşlər Nazirliyinin təqaüdçüsü mühakimə olunub.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, Bişkekin Pervomayski Rayon Məhkəməsi həmin şəxsi 3 il müddətinə azadlıqdan məhrum edib.

Eyni zamanda, məhkəmə Konokbay Çınjırbayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin hökm qanuni qüvvəyə mindikdən sonra dəyişdirilməsi barədə də qərar qəbul edib.

Xatırladaq ki, 2021-ci il iyunun 3-də Prezident Sadır Japarov İssık-Kul vilayətində olarkən onun avtomobil karvanı qəzaya uğrayıb. Hadisə nəticəsində beş nəfər yaralanıb, bir nəfər isə ölüb. Ölən şəxs dövlət başçısının şəxsi həkimi olub.

Şübhəlinin oğlu iddia edir ki, atası qəza zamanı ayıq olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*