Kolumbiya prokurorluğu Prezident Qustavo Petronun qızının aldığı təhdidlərlə bağlı araşdırmalara başlayıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin qızı Andrea Petro daha əvvəl “X” səhifəsində naməlum istifadəçidən aldığı təhdid mesajını dərc edib.
Andreanın sözlərinə görə, ona hər gün belə mesajlar gəlir.
Baş Prokurorluqdan bildirilib ki, xanım Andrea Petronun aldığı təhdidlərlə əlaqədar hədə-qorxuya görə məsuliyyət daşıyan şəxsin müəyyən edilməsi üçün müvafiq istintaq-əməliyyat işləri aparılır.
Qeyd edək ki, Kolumbiyanın cinayət məcəlləsində hədə-qorxu gəlməyə görə 4 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutulur.
İqbal Rzayev,
KONKRET.az
