Polşa hökuməti Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposanın təhlükəsizlik xidmətini və onu müşayiət edən jurnalistləri Varşavada təyyarədən buraxmayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, baş verən hadisənin mərkəzində “aviasiya qaydaları” dayanır.
Buna görə də, Ramaposa polşalı həmkarı Anjey Duda ilə söhbət edərkən onun mühafizəçilərini və jurnalistləri Frederik Şopen Beynəlxalq Hava Limanında saxlayıblar.
Qeyd edək ki, Cənubi Afrika lideri Ukrayna böhranının həlli yollarını tapmaq üçün Afrika ölkələrinin sülhməramlı missiyası çərçivəsində Kiyevə gəlib. Ramaposa və missiyanın digər üzvləri, o cümlədən Zambiya, Komor və Seneqal prezidentləri qatarla Polşadan Kiyevə gediblər.
Missiya Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq. İyunun 16-da isə Ramaposa Kiyevdən Sankt-Peterburqa yola düşəcək. Afrika nümayəndə heyəti iyunun 17-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
[BREAKING] My name is Amanda Khoza, a Presidency Correspondent for the Sunday Times and I am coming to you live from Poland. We have experienced extreme challenges while on the Ukraine/Russia Peace Mission. @SundayTimesZA @TimesLIVE pic.twitter.com/qLj12Zl3tb
— Amanda Khoza – The Journalist (@MandaKhoza) June 15, 2023
İqbal Rzayev,
KONKRET.az
