Milli Məclisin sabiq deputatı Rauf Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
KONKRET.az olkeaz-a istinadən R.Əliyevin dosyesini təqdim edir:
1956-cı il mayın 27-də Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft və qaz quyularının qazılması fakültəsini bitirib.
Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür.
Rus və ingilis dillərini bilir.
1978-ci ildən Bakı Qaz İstehsalat İdarəsində böyük mühəndis işləyib. 1983-cü ildən Azərbaycan Dövlət Peşə Təhsili Komitəsi sədrinin köməkçisi, Xalq Təhsili Nazirliyinin idarə rəisi olub. 1991–1992-ci illərdə «İnbak» firması baş direktorunun müavini, 1994-cü ildən Azərbaycan Respublikası gənclər və idman nazirinin köməkçisi, nazirliyin işlər müdiri, 2000–2005-ci illərdə «Neftçi» idman-sağlamlıq mərkəzinin sədri vəzifələrində çalışıb. 2004-cü ildən AFFA-nın birinci vitse-prezidentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan–Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, Fransa, Koreya, Qırğızıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
