Prezidentin xüsusi nümayəndəsi: “İrəvan xanının nəticəsi Füzuli və Ağdamda olub”backend

Prezidentin xüsusi nümayəndəsi: “İrəvan xanının nəticəsi Füzuli və Ağdamda olub”

Füzuliyə səfər edən İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani Ağdamda da olub.

KONKRET.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

“Bu günlərdə Füzuliyə səfər edən İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani Ağdama da səfər edib. Qonaq Şahbulaq qalasını, İmarət qəbiristanlığını ziyarət edib, dini və tarixi abidələrdə, məzarlıqlarda törədilmiş erməni vandalizmi ilə tanış olub”, – Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*