İlk prezidentliyi dövründə də Donald Tramp bütün dünyada ABŞ-nin əleyhdarları ilə fəal şəkildə müqavilələr bağlamağa çalışırdı.
KONKRET.az xəbər verir ki, Tramp indi də İsrail və Ukraynada sülhə nail olmaq üçün bu yanaşmanı təkrarlamaq niyyətindədir.Bununla belə, sülhməramlılıq missiyası Tramp üçün o qədər də asan olmayacaq. Hətta ilk prezidentlik dövründə Tramp Çin, İran və Şimali Koreya ilə uğurlu razılaşmalar əldə edə bilmədi. “Politiko” yazır ki, Tramp Ağ Evi tərk etdikdən sonra dörd il ərzində dünya dəyişib. İndi o, ötən dəfəkindən daha sərt mühitlə üzləşəcək. Tramp Ukrayna və Yaxın Şərqdə müharibəni dayandırmağa səy göstərəcək. Çox güman ki, o, öz məqsədinə nail olacaq”.
Vəli Həsənoğlu,
KONKRET.az