“Rusiya hakimiyyətinin onu rəsmən bağışlaması və Belarusa köçməsinə icazə verməsinə baxmayaraq Moskvaya yürüş edən “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin üçün təhlükə hələ də yan keçməyib”.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu CNN nəşrinin Moskva bürosunun keçmiş rəhbəri və Rusiya məsələləri üzrə ekspert Jill Dogerti məlumat verib.
O bildirib ki, Putin satqınları bağışlamır:
“Priqojin yürüşü dayandırsa belə, o, yenə də satqındır və güman ki, Putin onu heç vaxt bağışlamayacaq”, – deyə CNN-in Moskva bürosunun keçmiş rəhbəri və Rusiya məsələləri üzrə ekspert Jill Dogerti qeyd edib.
O əlavə edib ki, Priqojin Belarusda aradan götürülə bilər.
“Lakin bu, Moskva üçün çətin dilemmadır. Çünki Priqojinin dəstəkçisi çoxdur, o, harada olmasından asılı olmayaraq, təhlükədir”, – deyə Dogerti əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
