“Putin azad xalqın iradəsini qırmaq istəyir” – Co Baydenbackend

"Putin azad xalqın iradəsini qırmaq istəyir" - Co Bayden

“Rusiya prezidenti Vladimir Putin azad xalqın iradəsini qırmağa cəhd edir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Rusiyanın Poltavaya 50-dən çox insanın ölümü, 200-dən çox insanın yaralanması ilə nəticələnən raket hücumu ilə bağlı açıqlama verərkən deyib:

“Mən bu dəhşətli hücumu qətiyyətlə pisləyirəm. Putin azad xalqın iradəsini qırmaq üçün iyrənc cəhdlərini davam etdirir. Birləşmiş Ştatlar Ukrayna ilə yanaşı durmağa və ona hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi yardım göstərməyə davam edəcək”.

Xatıladaq ki, ötən gün səhər saatlarında Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Poltavadakı təlim mərkəzinə raket zərbəsi endirib, Rabitə İnstitutunun binalarından biri qismən dağıdılıb. Ukrayna Müdafiə Nazirliyinin son məlumatına görə, iki ballistik raketlə endirilən zərbə nəticəsində 51 nəfər ölüb, 271 nəfər yaralanıb.  Ukrayna Quru Qoşunlarının bəyanatında deyilir ki, zərbə nəticəsində onlarla hərbçi həlak olub.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*