Putin əcnəbilər haqqında yeni qanun İMZALAYIBbackend

Putin əcnəbilər haqqında yeni qanun İMZALAYIB

Rusiya Prezidenti Vladimir Putin yeni qanun imzalayıb.

Qanuna əsasən, bundan sonra əcnəbilərə silah qaçaqmalçılığı edən şəxslər  cinayət məsuliyyətinə cəlb olunacaqlar.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Qeyd edək ki, yeni qanuna əsasən, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 189-cu maddəsinə dəyişiklik edilib.

Bildirək ki, bu qanunu pozanlar 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.

Sənəddə ayrıca, bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmaqla, öz qulluq mövqeyindən istifadə etməklə və ya kütləvi qırğın silahlarının yaradılması ilə bağlı bu əməlin törədilməsinə görə sanksiyalar da nəzərdə tutulur.

Bu halda cinayət törədən şəxs 10 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Eyni zamanda, mütəşəkkil dəstə tərəfindən törədilən cinayət 12 ilədək azadlıqdan məhrum etmə ilə nəticələnə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*