“Putin əməliyyat masasında ölsə, müharibə bitəcək və hakimiyyət dəyişikliyi olacaq” – Piontkovskibackend

"Putin əməliyyat masasında ölsə, müharibə bitəcək və hakimiyyət dəyişikliyi olacaq" - Piontkovski

“Putinin əməliyyat masasında ölməsi müharibənin bitməsi və Rusiya Federasiyasında hakimiyyət dəyişikliyi üçün ən təhlükəsiz ssenari olardı”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı jurnalist Andrey Piontkovski deyib. Jurnalist Rusiya Prezidentinin səhhətində nəzərə çarpacaq dərəcədə çiddi dəyişikliklərin olduğunu bildirib.

Onun sözlərinə görə, prezident Putin indi həqiqətən çox pis görünür. Davamlı olaraq masadan yapışır, özünü qəribə aparır və “zəhərlənmiş qoca” kimi görünür.

KİV-in məlumatına görə, tezliklə Putin təcili əməliyyat olunmalı olacaq. Piontkovski əməliyyat olunacağı təqdirdə prezidentin ölə biləcəyini və bunun da ölkədə qlobal dəyişikliklərlə, hətta müharibənin bitməsi ilə nəticələnəcəyini vurğulayıb.

“Putinin əməliyyat masasında ölməsi müharibənin bitməsi və Rusiya Federasiyasında hakimiyyət dəyişikliyi üçün ən təhlükəsiz ssenari olardı”, – deyə jurnalist qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*