“Putin ermənilərdən artıq erməni ola bilməz” – Erməni deputatbackend

"Putin ermənilərdən artıq erməni ola bilməz" - Erməni deputat

“Putin ermənilərdən artıq erməni ola bilməz”. 

KONKRET.az xəbər verir ki, bunu brifinq zamanı “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan deyib.O, “Valday” diskussiya klubunun iclasında Rusiya Prezidenti Vladimir Putinin dünənki çıxışını şərh edib.

Tevanyan deyib ki, “Putin ermənilərdən artıq erməni ola bilməz”.

Daha sonra o, Putinin regionla bağlı açıqlamalarına münasibət bildirib.

“Birincisi, Nikol Paşinyan öz yolu ilə getmək qərarı verməsəydi, 44 günlük müharibə baş verməzdi. Yeri gəlmişkən, bunu Paşinyan özü də etiraf edib. bir dəfə demişdi ki, bu qədər itkilərin qarşısını almaq olardı.

Daha sonra Ermənistan, daha doğrusu Nikol Paşinyanın təmsil etdiyi rəsmi İrəvanı “Vaşinqton sənədi” ilə razılaşdırıb. Ona görə də Qarabağ  Azərbaycanın tərkib hissəsi olmalıdır”, – deyə Tevanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*