Putin generalı Xarkovu “ala bilmədiyi” üçün İŞDƏN QOVDUbackend

Putin generalı Xarkovu “ala bilmədiyi” üçün İŞDƏN QOVDU

Hərbçilərin şəxsi heyətinin “təmizlənməsi” davam edir. General-leytenant Sergey Kisel Xarkovu “ala bilmədiyi” üçün işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, Britaniya kəşfiyyatının məlumatına görə, elit 1-ci qvardiya tank ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu ələ keçirə bilmədiyi üçün diskvalifikasiya edilib.

Bundan əlavə, aprel ayında Moskva kreyserinin batmasından sonra Rusiya Qara Dəniz Donanmasına komandanlıq edən vitse-admiral İqor Osipov da vəzifəsindən uzaqlaşdırılıb.

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov çox güman ki, vəzifəsində qalacaq, lakin onun prezident Putinin etimadını qoruyub saxlayacağı bəlli deyil.

Britaniyalılar hesab edirlər ki, xüsusi əməliyyat zamanı məqsədlərə nail olunmamasına görə, məsuliyyət daşıyanların axtarışı davam edəcək. Bu da hərbçilərin təşəbbüsü ələ almaq qorxusuna görə, Rusiyanın Ukraynadakı hərbi səylərini zəiflədəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*