“Rusiya hegemon olmaq niyyətində deyil” – Putin / YENİLƏNİBbackend

"Rusiya hegemon olmaq niyyətində deyil" - Putin / YENİLƏNİB

Rusiya yeni hegemon olmaq niyyətində deyil, sadəcə olaraq, mövcudluq və azad inkişaf hüququnu müdafiə edir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun 19-cu İllik Toplantısında bildirib.

“Rusiya Qərbin elitasına meydan oxumur, Rusiya sadəcə olaraq, sərbəst mövcud olmaq və inkişaf etmək hüququnu müdafiə edir” – Putin bildirib.

19:01

Putin hazırda Valdayda çıxış edir.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidentinin çıxışı canlı yayımlanır. Putinin çıxışının mövzusu “Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik”dir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*