“Putin mənim xətrimə onu azad edəcək” – Trampbackend

"Putin mənim xətrimə onu azad edəcək" – Tramp

“Jurnalist Evan Gerşkoviçin Rusiya həbsxanasından azad edilməsi üçün Prezident Vladimir Putinlə münasibətimdən istifadə edəcəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti, 5 noyabrda keçiriləcək prezident seçkilərində namizəd Donald Tramp deyib.

“Rusiyanın əlində olan “Voll Strit Jurnal”ın müxbiri Evan Gerşkoviç seçkidən dərhal sonra, lakin mən vəzifəyə başlamazdan əvvəl azad ediləcək”, – Tramp özünün sosial şəbəkəsində yazıb.

O bildirib ki, Vladimir Putin bunu mənim üçün edəcək, başqası üçün deyil.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü ABŞ vətəndaşı Gerşkoviçin saxlanması barədə 2023-cü il martın 29-da Rusiya Federasiyası FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (PXM) məlumat yayıb. Jurnalist casusluqda ittiham olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*