Putin niyə daim öskürdüyünə AYDINLIQ GƏTİRDİ – VİDEObackend

Putin niyə daim öskürdüyünə AYDINLIQ GƏTİRDİ - VİDEO

Putin niyə daim öskürdüyünü izah edib.

KONKRET.az xəbər verir ki, bu gün Strateji Təşəbbüslər Agentliyinin forumu keçirilib. Forumda Rusiya Prezidenti V.Putin də iştirak edib.Burada Vladimir Putinə sual verilib.

Mətbuat prezidentin bir gün əvvəl İrana səfəri zamanı təyyarədən enərkən axsamasına diqqət çəkib. Putin ictimai çıxışları və rəsmilərlə videozəngləri zamanı mütəmadi olaraq öskürür və boğazını təmizləyir.

Rusiya Prezidenti Vladimir Putin niyə davamlı öskürdüyünü izah edib. Putinin sözlərinə görə, o, təyyarədə uçan zaman kondisioner çüclü işlədiyinə görə, öskürək əmələ gəlib.

“Dünən Tehranda hava çox isti idi, 38 dərəcə isti və oradakı kondisioner necə lazımdır işləyirdi. Buna görə də öskürürəm, üzr istəyirəm”, – Putin deyib.

Bundan sonra o, forum iştirakçılarına can sağlığı arzulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*