“Bu konfliktə son qoyulmalıdır”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli danışıqları zamanı deyib. Putin Qarabağ münaqişəsinə son qoymağın tərəfdarı olduğunu bildirib və bu istiqamətdə irəliləməyə imkan verəcək məqamlar tapmağa çağırıb.
“Qarabağla bağlı münaqişə onilliklərdir ki, davam edir. Biz buna nə vaxtsa son qoymalıyıq. Mən bununla razıyam. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var və biz bunu hər cür dəstəkləyirik. İndi siz və mən və sonra üçtərəfli formatda irəliləməyə imkan verəcək əsas məqamları tapaq”, – deyə Putin bildirib.
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli danışıqlar planlaşdırılır. Onlar Ermənistan-Azərbaycan münaqişəsində kəskinləşmə təhlükəsi yaradan son aylar ərzində yığılmış məsələləri, eləcə də Transqafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində gələcək addımları müzakirə edəcəkləri gözlənilir.
Xuraman Etibarlı,
KONKRET.az

Bu ilin sonuna qədər Ermənistan Qarabağdan əl çəkir- rus gavurları Qarabağı öz nəzarətlərinə götürürlər, Azərbaycanla bazarlıq başlayır – yəni putler bizi bu qədər axmaq sayır?