“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Ukrayna üzrə sülh danışıqlarını müzakirə etmək üçün dəvət edə bilər”.
KONKRET.az xəbər verir ki, bu fikri türkiyəli analitik Engin Özer bildirib.
“Ərdoğan səfər zamanı prezident Putinlə mümkün sülh danışıqlarının detallarını müzakirə edəcək”, – deyə Özer RİA Novosti-yə müsahibəsində bildirib.
Onun fikrincə, əvvəllər İstanbul prosesi çərçivəsində əldə edilmiş irəliləyiş sülh danışıqlarının əsasını təşkil edə bilər. Ekspert həmçinin hesab edir ki, Türkiyə bu danışıqlarda əsas vasitəçi olacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az
