Putin və Rəisi arasında telefon danışığı olubbackend

Putin və Rəisi arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilib ki, onlar ikitərəfli münasibətlərin gələcək inkişafına dair məsələləri müzakirə ediblər. Tərəflər İranın nüvə proqramı ətrafında yaranan vəziyyətin danışıqlar yolu ilə həllinin vacibliyinə dair fikir mübadiləsi ediblər.

Vladimir Putin İbrahim Rəisiyə iyunun 8-də baş verən qatar qəzası ilə bağlı baş sağlığı verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*