Putin yaxın günlərdə Türkiyəyə SƏFƏR EDƏCƏKbackend

Putin yaxın günlərdə Türkiyəyə SƏFƏR EDƏCƏK

Türkiyə hökuməti taxıl müqaviləsini bərpa etmək üçün diplomatik işi gücləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.

Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Ankaraya səfər edəcək.

Səfərin dəqiq tarixi açıqlanmır.

Bu, Putinin Ukraynada müharibənin başlamasından sonra NATO-ya üzvü olan ölkəyə ilk səfəri olacaq.

Xatırladaq ki, avqustun əvvəlində Kreml Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüşə hazırlığı təsdiqləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iki ölkə liderlərinin görüşünün Türkiyədə keçiriləcəyini bildirib. Türkiyə Prezidenti bunun avqustda baş tutacağını gözləyir. Mətbuat iki ölkə liderlərinin avqustun sonu və ya sentyabrın əvvəlində görüşəcəyini yazıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*