Moskvaətrafı Novo-Oqaryovo iqamətgahında Rusiya Prezidenti Vladimir Putin ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, danışıqların mövzularından biri iki ölkənin hökumətlərinin fəaliyyəti və birgə layihələrin həyata keçirilməsi olub.
Putin Lukaşenkoya Rusiya və Belarus hökumətlərinin fəaliyyətinin nəticələrini müzakirə etməyi təklif edib:
“Bilirəm ki, siz dünən Rusiya hökumətindəki həmkarlarla, həm öz hökumətinizin, həm də Rusiya hökumətindəki həmkarlarımla kifayət qədər fəal işləmisiniz. İndi bugünkü görüşümüz zamanı müəyyən nəticələri yekunlaşdıracağıq. Əgər nəyisə əlavə etmək və ya dəqiqləşdirmək lazım olsa, bunu edəcəyik”.
Lukaşenko isə öz növbəsində iki ölkənin hökumətləri və nazirlikləri arasındakı əməkdaşlığı müsbət qiymətləndirib. Onun sözlərinə görə, hökumətlər “yaxşı işləyir” və praktiki məsələlərlə bağlı qərarların qəbul edilməsində demək olar ki, heç bir problem qalmayıb.
