Putinin açıqlaması ermənilərə DƏRS OLMADI – Təhlükəli yanaşmabackend

Putinin açıqlaması ermənilərə DƏRS OLMADI – Təhlükəli yanaşma

Bu gün Rusiya Prezidenti Vladimir Putinin Qarabağla bağlı söylədiyi fikirlər Ermənistanda ciddi müzakirə olunur. Ermənistan Baş nazirinin Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması bəyanatına toxunan Putin bildirib ki, bundan sonra Qarabağın statusunun müzakirəsi yersizdir.

Rusiya Prezidentinin bu açıqlamasından sonra Ermənistan mətbuatında ciddi müzakirələr başlayıb.

Ermənistan parlamentinin deputatı Artak Zakaryan isə bir qədər irəli gedərək, baş naziri bəyanatını geri götürməyə çağırıb:

“Rusiya Prezidenti Putinin bugünkü bəyanatından aşağıdakıları başa düşürəm; əgər rəsmi İrəvan dediyini geri götürsə, Rusiya Qarabağın statusu məsələsinə qayıtmağa hazır olacaq. Bunun üçün Nikol açıq şəkildə deməlidir ki, onun fikrini səhv başa düşüblər. Əgər buna nail ola bilərsə, ABŞ və bir sıra Aİ ölkələri Qarabağın statusu məsələsini yenidən gündəmə qaytara bilər. Paşinyan bildirməlidir ki, onun dediyi sadəcə şifahi bəyanatdır və Ermənistan tərəfindən ratifikasiya olunmayıb”.

Bununla özlərinin mahiyyətini tam ortaya qoyan ermənilər elə güman edirlər ki, Paşinyanın çıxıb “qələt eləmişəm” deməsi məsələni dəyişə bilər.

Erməni ağlı ilə prosesə yanaşmanın təhlükəli tərəfini unudan müdafiə nazirinin keçmiş müavini beynəlxalq aləmdə edilən etirafı asanlıqla geri götürməyin mümkün olacağını düşünür. Bu cür düşünənlər Ermənistanı böyük fəlakətə sürükləyir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*