“Putinin kim olduğunu bilən liderlərin dəstəyinə ehtiyacımız var” – Ukraynabackend

“Putinin kim olduğunu bilən liderlərin dəstəyinə ehtiyacımız var” - Ukrayna

“Rusiya ordusunun Ukraynanın Mariupol şəhərindəki “Azovstal” Metallurgiya Zavodunda müqavimət göstərən ukraynalı əsgərlərə qarşı hücumları davam edir”.

KONKRET.az xəbər verir ki, bu haqda “Azov Batalyonu”nun teleqram hesabında məlumat yayılıb.

Məlumatda Rusiya təyyarələrinin son 24 saat ərzində “Azovstal” üzərində 38 uçuş həyata keçirdiyi bildirilib:

“Düşmən Ukrayna qalasını ələ keçirmək cəhdlərindən əl çəkmir və hücumlarını davam etdirir”.

Ukrayna Baş nazirinin müavini İrina Vereşuk bildirib ki, fabrikdə 1000-ə yaxın ukraynalı əsgər var, onların yarısı yaralıdır.

Əsgərlərin “Azovstal”dan təxliyə edilməli olduğunu bildirən Vereşuk Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Qırmızı Xaç Təşkilatının təxliyə prosesində iştirak etməyə hazır olduğunu bildirib.

“Rusiya ilə əməkdaşlıq təcrübəsi olan və Putinin kim olduğunu bilən dünya liderlərinin dəstəyinə, humanitar dəhlizlərdə Rusiya ilə razılaşmaq üçün vasitəçilik edəcək dövlət başçılarının köməyinə ehtiyacımız var”, – deyə İrina Vereşuk qeyd edib.

Qeyd edək ki, rus ordusu Mariupol şəhərinə nəzarəti ələ keçirsə də, həftələrlə davam edən qarşıdurmalara baxmayaraq, “Azovstal”a girə bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*