“Rusiya prezidenti Vladimir Putinin əsas məqsədi Ukrayna dövlətini məhv etmək və işğal etdiyi əraziləri həmişəlik nəzatətdə saxlamaqdır”.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Karnegi və Rusiya Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanova deyib:
O bildirib ki, Donetsk, Luqansk, Zaparoji və Xerson kimi ərazilərin daimi nəzarətdə saxlanılması Putin üçün prioritetdir:
“Putinin məqsədi Ukrayna dövlətini məhv etməkdir. Buna görə də onun üçün əsas məqam işğal etdiyi ərazilərin nəzarətdə saxlanılmasıdır. Putin düşünür ki, Donetsk, Luqansk, Zaparoji və Xerson üzərində olan hökmranlığın itirilməsi onun işinə mane olacaq. Həmçinin dövlət başçısının gündəliyində duran vacib məqamlardan biri də Kurskun ukraynalı əsgərlərdən azad edilməsidir”.
Xatırladaq ki, Ukrayna ordusu bir neçə həftədir Kurska hücum edib və xeyli sayda yaşayış məntəqəsini ələ keçirib.
Məlik,
KONKRET.AZ