Rusiya dövlət başçısının həbsinə order verən hakim Tomoko Akane Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri seçilib.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, bu barədə BCM-in saytında məlumat verilib.
Qeyd edək ki, Tomoko Akane digər iki həmkarı ilə birlikdə 2023-cü ilin martında Rusiya prezidenti Vladimir Putinin və Uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyasında ittiham ediliblər.
Xatirə SADİQ,
KONKRET.az
