“Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir” – Peskovbackend

"Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir" - Peskov

“Vladimir Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə şərhində deyib.

O bildirib ki, dövlət başçısının təhlükəsizliyi səfərləri ərəfəsində yemək zamanı xüsusilə diqqət mərkəzində saxlanılır.

Martın 5-də Rusiya prezidenti Stavropol diyarına səfər edib, burada istixana kompleksinin işçiləri ilə söhbət və nahar edib.

“Belə vəziyyətlərdə təhlükəsizlik xidməti dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir”, – Peskov qeyd edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*