Qabonda üsyançıların lideri prezident kimi AND İÇDİbackend

Qabonda üsyançıların lideri prezident kimi AND İÇDİ

Qabonda hakimiyyətə gələn üsyançıların lideri, general Bris Oliqi Nqema keçid dövrünün prezidenti kimi and içib.

KONKRET.az xəbər verir ki, bu barədə “Gabon 24” kanalı məlumat yayıb.

Mərasim paytaxt Librevildəki prezident sarayında keçirilib.

Zala yüksək rütbəli məmurlar və hərbçilər toplaşıb.

Qabonun keçid dövrünün prezidenti kimi Nqemanın andiçmə mərasiminin yayımlandığı böyük ekranın yanında çoxlu sayda insanın toplandığı qeyd edilir.

Xatırladaq ki, avqustun 30-da Qabon Prezidenti Əli Bonqo Ondimba seçkilərdə 64,27% səslə üçüncü müddətə qalib gəlib. Bundan sonra Qabonda hərbçilər televiziya vasitəsilə bütün dövlət qurumlarının buraxıldığını, son prezident və parlament seçkilərinin nəticələrinin ləğv edildiyini bəyan ediblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*