Qadın sirkə turşusundan zəhərlənərək ÖLDÜbackend

Qadın sirkə turşusundan zəhərlənərək ÖLDÜ

Sirkə turşusundan zəhərlənən Qobustan rayon sakini Bakıda xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb.

Belə ki, avqustun 22-də rayonun Xilmilli kənd sakini 1971-ci təvəllüdlü Orucova Sitarə İsmayıl qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, xəstə avqustun 30-da müalicə aldığı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*