Belarus prezidenti Aleksandr Lukaşenko ölkə tarixində ilk qadın kosmonavt Marina Vasilevskayanın yer üzünə qayıtmasını gözləyərək gecəni yuxusuz keçirdiyini bildirib.
Bu barədə o, Minskdə keçirilən xokkey matçı başa çatdıqdan sonra bildirib.
Oyunda iştirak edən prezidentlə müsahibənin görüntülərini Belarus liderinin mətbuat xidmətinə yaxın olan Telegram kanalı yayıb.
“Əlbəttə ki, hər şeyin qaydasında olmasına şadam. Bu görüntüləri bir neçə dəfə canlı izlədim, hər şeyin bitməsinə çox şadam”, – Lukaşenko deyib.
Belarus liderinin sözlərinə görə, o, bir neçə dəfə “Soyuz MS-24”un qayıdışının görüntülərini nəzərdən keçirib.
Qeyd edək ki, kosmosa uçuşun ilk belaruslu Marina Vasilevskaya, həmçinin “Roskosmos”un kosmonavtı Oleq Novitski və NASA astronavtı Loral O’Hara “Soyuz MS-24” kosmik gəmisi ilə şənbə günü Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerə qayıdıblar.
Musavat.com

