Qaliblər mühakimə olunmur, Solovyov!backend

Qaliblər mühakimə olunmur, Solovyov!

44 günlük savaş Azərbaycan üçün kimin dost, kimin düşmən olduğunu göstərdi. Və təəssüf ki, azərbaycana dostu olmayanların siyahısı çox uzun oldu. Bu siyahıda isə ilk öndə gələnlərdən biri isə tanınmış Rusiyalı jurnalis Vladimir Rudolfoviç Solovyovdur. Münaqişənin başladığı ilk gündən bu adam Azərbaycana qarşı antipatiyasını, Ermənistana qarşı isə simpatiyasını açıq şəkildə göstərdi. Əksər hallarda isə ermənilərin vəkili kimi çıxış etdi. Axırıncı dəfə təxminən bir ay əvvəl Solovyovun bir verilişinə baxdım. Başına 4-5 adam yığıb Qarabağ vəkili kimi danışırdı.

Verilişdə obyektivliyi və Azərbaycana simpatiyası ilə tanınan hərbi ekspert İqor Korotçenko da iştirak edirdi. Veriliş boyu Solovyov Korotçenkoya danışmaq imkan vermədi, hər dəfə sözünü yarımçıq kəsdi. O gündən sonra mən də Solovyovu “bloka attdım”. Mövcud vəziyyətdə mənim edə biləcəyim bu yeganə addım idi. Bilirəm ki, son dövrlərə qədər Solovyovun Azərbaycanda mənim kimi on minlərlə izləyicisi vardı. Amma son ay yarımda sərgilədiyi anti-Azərbaycan mövqeyi onu on minlərlə tamaşaçıdan məhrum etdi.

Hələ bu harasıdır. O, yanlış yanaşmaları ilə Moskvadakı soydaşlarımızla da üz- göz oldu. Xatırlayırsınızsa, bir müddət əvvəl sosial şəbəkənin rus seqmentində Vladimir Rudolfoviç Azərbaycan əsilli milyarder və iş adamı Qod Nisanov arasında olduğu iddia edilən söhbətin audio yazısı yayılmışdı. Söhbət zamanı Solovyov Nisanov qarşısında özünü təmizə çıxarmağa və aparıcı olduğu hansısa verilişi nəzərdə tutaraq, ona hesabat verməyə çalışır: “Hörmətli Qod Semyonoviç, mən hər şeyi başa düşürəm, əndişənizi də bölüşürəm. Amma bu gün baxsınlar. Bu gün Paşinyanı söydülər və Əliyevi əməllicə təriflədilər. Şəxsən mən Əliyevi yaxşıca təriflədim”…

Bu səs yazısından sonra özünə az-çox hörmət edən adam nəinki naqisliyindən, eləcə də peşəsindən əl çəkməli idi. Amma kimə deyirsən?! Solovyov yenə öz ampulasında çıxışlarını davam etdirdi. Bu isə onu göstərdi ki, Solovyovun qanı qarışıqdır. Və bu az sonra sübut da olundu. Müzəffər Azərbaycan Ordusu Şuşada üç rəngli bayrağımızı ucaldandan sonra və Azərbaycan-Türkiyə birliyi Ermənistanın və dolayısı ilə Rusiyanın dizini yerə qoyandan sonra Vladimir müəllim də erməni bayrağını atıb keçdi biz tərəfə. Bu dəfə isə ermənilərə-dünənə qədər ona yal verənlərə qarşı hürdü. 180 dərəcə mövqe dəyişdirən Solovyov Ermənistanın üstünə gedərək efirdən hayqırdı: “Ermənilər istəyirdi ki, rus əsgəri Qafqazda ölməyə getsin, Rusiya da Azərbaycana müharibə elan etsin… Rusiyanı satqınlıqda ittiham edən ermənilər nə istəyirdi? Kim satdı sizi? Biz gedib “arsax” uğrunda Azərbaycana qarşı döyüşüb ölməli idik? Ermənilərin satqınlığı hələ uzun müddət araşdırılacaq”.

Hələ bu azmış kimi Solovyov ermənilərə hədə-qorxu da gəldi: “Siz ermənilər, Rusiyada nə edirsiniz? Rusiyanın pis olduğunu düşünənlərin hamısı. Əgər siz Ermənistandan ölkəmə gəlib ona çamur atırsınızsa, sizə bir sualım var: Siz burda nə edirsiniz?”  Vəssalam. Aydın oldu ki, Solovyovun qanında erməni qatışığı var. Çünki ancaq erməni bu cür dönük və həyasız ola bilər. O ki, qaldı Solovyovun Azərbaycana bu günki münasibətinə?! O da bəlli oldu. Axı, qaliblər mühakimə olunmur!!!

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*