Qalmaqalla işdən çıxan Sumqayıtın baş memarının yerinə bu şəxs TƏYİN EDİLDİbackend

Qalmaqalla işdən çıxan Sumqayıtın baş memarının yerinə bu şəxs TƏYİN EDİLDİ

Sumqayıt Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

KONKRET.az xəbər verir ki, şəhərin yeni baş memarı vəzifəsinə Fərid Məzahir oğlu Ərşadlı gətirilib.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Rəşad Əhmədalıyev olub.

Mediada onun haqqında gedən məlumatlara görə, fəaliyyətində ciddi nöqsanlar aşkar olunub. Bir neçə gün bundan öncə saytlarda sabiq baş memarın mülklərinin siyahısı dərc edilmişdi.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*