DİQQƏT: Bu halda kişi qadını boşaya bilməz, ən azı 1 il gözləməlidirbackend

DİQQƏT: Bu halda kişi qadını boşaya bilməz, ən azı 1 il gözləməlidir

Ailə münasibətləri ilə bağlı ən çox müzakirə olunan hüquqi məsələlərdən biri də qadının hamilə olduğu dövrdə boşanmanın mümkün olub-olmamasıdır. Xüsusilə bu məsələdə qanunvericiliyin hansı məhdudiyyətləri nəzərdə tutduğu və kişinin belə bir addım atmaq hüququnun olub-olmadığı maraq doğurur.

Bəs qadın hamilə olarkən onu boşamaq olarmı?

Bu barədə KONKRET.az-a açıqlama verən hüquqşünas Etibar Qarayev bildirib ki, kişi qadın hamilə olarkən onu boşaya bilməz.

“qadın uşağı dünyaya gətirdikdən sonra da bu məhdudiyyət davam edir.

Uşaq doğulduqdan sonra, o, 1 yaşına çatana qədər kişinin qadını boşamaq hüququ yoxdur. Qanunvericilik buna icazə vermir”.

Hüquqşünas qeyd edib ki, bu norma ana və uşağın sosial müdafiəsinin təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, bu müddətdə boşanma ilə bağlı təşəbbüs kişinin iradəsindən asılı olaraq həyata keçirilə bilməz.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*