İran ordusu da döyüşə hazır vəziyyətə gətirildi – Yaxın şərqdə “qan su yerinə axacaq”backend

İran ordusu da döyüşə hazır vəziyyətə gətirildi - Yaxın şərqdə "qan su yerinə axacaq"

Tehran atəşkəs rejimindən istifadə edərək hərbi infrastrukturun bərpasını və yenidən təşkilini həyata keçirib.

KONKRET.az xəbər verir ki, İranın Tasnim xəbər agentliyinin yaydığı məlumata görə, ölkədə bütün raket və pilotsuz uçuş aparatları (PUA) hərbi bazaları yenidən açılıb.

Məlumata əsasən, raket və PUA bölmələrinin hamısı yenidən tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Qeyd olunur ki, hərbi əməliyyatlar yenidən başlayacağı təqdirdə İran ilk saatlarda genişmiqyaslı cavab zərbəsi endirməyə hazırdır.

Agentlik bildirir ki, mümkün münaqişə halında ilk bir neçə saat ərzində yüzlərlə ballistik raketin buraxılması ehtimalı var.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*