Tehranda uçuşlar bərpa edildibackend

Tehranda uçuşlar bərpa edildi

İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava nəqliyyatındakı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı rəsmi bəyanat yayıb. Verilən məlumata görə, Tehrandakı əsas hava limanları artıq tam iş rejiminə qayıdıb.

KONKRET.az xəbər verir ki, bazar ertəsi günündən etibarən paytaxtın hər iki mühüm hava limanı — həm beynəlxalq statuslu İmam Xomeyni, həm də daxili reyslərə xidmət edən Mehrabad hava limanlarına sərnişin reyslərinin icrası üçün rəsmi icazə verilib.

Təşkilatın açıqlamasında həmçinin qeyd olunur ki, ölkə daxilindəki digər bölgələrdə də aviasiya əlaqələri bərpa olunmaqdadır. Belə ki, İranın müxtəlif nöqtələrində yerləşən daha 10 hava limanından sərnişin uçuşlarının həyata keçirilməsi gələn şənbə günündən etibarən mümkün olacaq. Regiondakı gərginlik fonunda bağlanan hava məkanının yenidən açılması ölkədə mülki aviasiya fəaliyyətinin tədricən normallaşdığından xəbər verir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*