Cənubi Koreyanın Cinju şəhərində yük avtomobili etiraz aksiyası zamanı insanların arasına daxil olub, insident nəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər isə xəsarət alıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, nümayişçilər 2.5 tonluq yük avtomobilinin ərazini tərk etməsinə mane olmaq istəyərkən maşının altında qalıblar. Aksiya iştirakçılarının yük daşımaları sahəsi üzrə həmkarlar ittifaqının üzvləri olduğu bildirilir.
Həmçinin məlumatda qeyd olunur ki, qəzadan bir neçə saat sonra həmkarlar ittifaqına məxsus başqa bir nəqliyyat vasitəsi nümayişin keçirildiyi ərazidə yerləşən polis maneəsinə çırpılıb. Nəticədə 20 yaşlı asayiş keşikçisi yüngül bədən xəsarətləri alıb.
Hazırda polis yük maşınını idarə edən şəxsi və sərnişinini saxlayaraq istintaq tədbirlərini davam etdirir. Agentlik əlavə edib ki, insidentin qeydə alındığı yerdə etirazçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar yaşanıb.\\Oxu.Az
