SON DƏQİQƏ: Yeni model yaradıla, Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər…backend

SON DƏQİQƏ: Yeni model yaradıla, Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər...

Azərbaycanda idarəetmə sisteminin daha çevik və səmərəli təşkili ilə bağlı müzakirələr fonunda icra hakimiyyətlərinin regional əsasda birləşdirilməsi məsələsi yenidən diqqət mərkəzinə gəlib. Bu cür modelin inzibati xərclərin azaldılması və koordinasiyanın gücləndirilməsi baxımından üstünlükləri qeyd olunsa da, onun mövcud idarəetmə sisteminə necə inteqrasiya olunacağı sual doğurur. Görəsən, Azərbaycanda icra hakimiyyətlərinin regional əsasda birləşdirilməsi real və effektiv islahat modeli ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, icra hakimiyyətlərinin regional əsasda birləşdirilməsi nəzəri olaraq mümkündür, lakin bu, ciddi institusional və hüquqi dəyişikliklər tələb edir.

Azərbaycan iqtisadiyyatı üçün qızıl fürsət – <span style=color:red>2  milyard dollar gəlir - Medianews.az

“Hazırkı sistem mərkəzləşdirilmiş idarəetmə modelinə əsaslanır və regional birləşməyə keçid üçün ilk növbədə qanunvericilik bazasının yenilənməsi, səlahiyyət bölgüsünün yenidən müəyyənləşdirilməsi vacibdir. Bu model idarəetmənin sadələşdirilməsi, xərclərin optimallaşdırılması və qərarların daha koordinasiyalı şəkildə qəbul olunması kimi üstünlüklər vəd etsə də, müəyyən risklər də daşıyır. Lokal problemlərin diqqətdən kənarda qalması və regionların spesifik ehtiyaclarının ikinci plana keçməsi ehtimalı mövcuddur”.

Asif İbrahimov vurğulayıb ki,belə bir islahat yalnız mərhələli və balanslı şəkildə həyata keçirilə bilər.

“Beynəlxalq təcrübədə regional idarəetmə modelləri adətən güclü yerli özünüidarəetmə mexanizmləri ilə birlikdə tətbiq olunur. Azərbaycanda isə bu balans tam formalaşmadığı üçün birbaşa birləşmədən daha çox regional koordinasiya mexanizmlərinin gücləndirilməsi daha real görünür”.

İqtisadçının fikrincə, icra strukturlarının regional əsasda birləşdirilməsi mümkündür, lakin bunun effektiv nəticə verməsi üçün kompleks islahatlar və mərhələli keçid planı vacib şərtdir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*