İran aprelin 21-də ABŞ ilə danışıqların ikinci raundunda iştirak etməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə Anadolu agentliyi Pakistan mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, İran nümayəndə heyəti aprelin 21-də İslamabada gələ bilər. Lakin Tehran hələlik danışıqlarda iştirakını rəsmi şəkildə təsdiqləməyib.
Bildirilir ki, İran nümayəndə heyətinin tərkibi dəyişməyəcək. Heyətə parlamentin spikeri Məhəmməd Baqer Qalibaf rəhbərlik edəcək. Danışıqlarda həmçinin ölkənin xarici işlər naziri Abbas Əraqçi də iştirak edəcək.
ABŞ nümayəndə heyətinə isə ehtimal ki, vitse-prezident Cey Di Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner rəhbərlik edəcəklər. Onların İslamabada çərşənbə axşamı və ya daha gec gələcəyi gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
